Hakan Fidan: Suriyanın parçalanmasına yol verməyəcəyik

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada salvadorlu həmkarı Aleksandra Hill ilə birgə mətbuat konfransında deyib ki, Suriyadakı silahlı qruplaşmalar parçalanma və sabitliyi pozmaq yolu tutsa, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edəcək və buna uyğun cavab verəcək.

Məlumatı “Anadolu” verib. 

Onun sözlərinə görə, Ankara yuxarıda adı çəkilən qüvvələrin Suriyanın parçalanmasına töhfə verməyəcəyi təqdirdə dialoq aparmağa və onların tələblərini dinləməyə hazırdır: “Heç bir qrup parçalanmaya töhfə verməməlidir. Diplomatiya yolu ilə müzakirə edəcəyimiz şeylər var. Hər şey müzakirə oluna bilər və bu müzakirələr bütün qruplar və ünsürlərlə aparıla bilər. Amma siz bu sərhədləri pozsanız və zorakılıq yolu ilə parçalanmaya və sabitliyin pozulmasına keçsəniz, biz bunu milli təhlükəsizliyimizə birbaşa təhdid kimi qəbul edəcəyik və müdaxilə edəcəyik. Siz istənilən tələbi irəli sürə bilərsiniz, biz də gücümüz çatan qədər kömək edə bilərik. Əgər sərhədləri aşsanız, biz özümüzü təhlükəyə məruz qoymaq fikrində deyilik”.

P.ƏMİRCANOV
XQ

Dünya