Tramp İspaniya və İtaliyadakı ABŞ qoşunlarını çıxara bilər

post-img

ABŞ Prezidenti Donald Tramp İspaniya və İtaliyadakı bazalardan Amerika qoşunlarının çıxarılmasını istisna etməyərək, bu ölkələrin Vaşinqtona kömək etmək üçün “heç nə etmədiyini” bildirib: “İspaniya dəhşətli idi, tamamilə dəhşətli idi”. 

Məlumatı “Euronews” verib. 

Bu açıqlama Trampın Yaxın Şərq münaqişəsindəki hadisələrlə bağlı şərhlərinə görə tənqid etdiyi Almaniya kansleri Fridrix Merzə qarşı açıq təhdiddən sonra verilib. Tramp özünün Truth Social səhifəsində yazıb: “Birləşmiş Ştatlar Almaniyadakı qoşun sayının azaldılması imkanını nəzərdən keçirir və tezliklə qərar veriləcək”.

“Almaniya kansleri Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün daha çox vaxt sərf etməli, parçalanmış ölkəsindəki vəziyyəti, xüsusən də immiqrasiya və enerji məsələlərini düzəltməli, İrandan gələn nüvə təhdidindən qurtulmaq istəyənlərə müdaxilə etməyə daha az vaxt sərf etməli və bununla Almaniya da daxil olmaqla dünyanı daha təhlükəsiz bir yerə çevirməlidir!” - deyə Tramp əlavə edib.

Bu, Trampın müdafiə məsələləri ilə bağlı İspaniyaya qarşı ilk çıxışı deyil. O, əvvəllər Pedro Sançez hökumətini dəfələrlə tənqid etmişdi. Aprelin ortalarında ABŞ prezidenti İtaliyanın Baş naziri Giorgia Meloniyə də açıq şəkildə sərt reaksiya vermiş, onun İran müharibəsinə dair mövqeyindən “şoka düşdüyünü” bildirmişdi. 

P.ƏMİRCANOV
XQ

Dünya