Əhməd İsmayılov: WUF13 çərçivəsində media və kommunikasiya fəaliyyəti yüksək səviyyədə olacaq

post-img

Müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib. 

XQ xəbər verir ki, bu barədə "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılışında çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir.

"Azərbaycanın qlobal tədbirlərin işıqlandırılması sahəsində formalaşdırdığı peşəkar media təcrübəsinə diqqət çəkilərək WUF13 çərçivəsində də media və kommunikasiya fəaliyyətinin yüksək səviyyədə olacağına əminlik ifadə edilib".- Əhməd İsmayılov vurğulayıb.

Sosial həyat