ABŞ İrana qarşı əməliyyata 50 milyard dollar xərcləyib?

post-img

CBS News daxili hesablamalarla tanış olan ABŞ rəsmilərinə istinadən bildirib ki, ABŞ-ın İrana qarşı əməliyyatının faktiki dəyəri Pentaqonun ictimai qiymətləndirməsindən təxminən iki dəfə çoxdur və təxminən 50 milyard dollardır.

Mənbələrin verdiyi məlumata görə, çərşənbə günü Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəsmiləri “Epik qəzəb” əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq qiymətləndiriblər. Bu rəqəmə yalnız sursat xərcləri də daxildir.

Müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəislərinin sədri general Den Keyn bu həftə qanunvericilər qarşısında Pentaqonun 1,5 trilyon dollarlıq nəhəng büdcə tələbini müdafiə etmək üçün ifadə versə də, daxili hesablamalarla tanış olan ABŞ rəsmiləri hərbi əməliyyatın dəyərinin hazırda 50 milyard dollara yaxınlaşdığını təxmin etdiklərini bildiriblər.

Bu məbləğə yalnız istifadə olunmuş sursatların dəyəri deyil, həm də zədələnmiş, məhv edilmiş hərbi texnika və müxtəlif itkilər də daxildir.

P.ƏMİRCANOV
XQ

 

Dünya