Tramp Çinə səfər edəcək

post-img

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Sədri Si Cinpin onu ölkəsinə dəvət edib və görüş, çox güman ki, Çin ərazisində baş tutacaq. O, bu barədə Ağ Evdə Filippin Prezidenti kiçik Ferdinand Markos ilə birgə mətbuat konfransında bildirib.

Xəbəri “Anadolu” yayıb. 

Tramp Çin lideri ilə bir neçə dəfə telefonla danışdığını xatırladıb və aralarında yaxşı münasibətlər olduğunu vurğulayıb. Onun sözlərinə görə, Filippinin Pekinlə sıx əlaqələri onu narahat etmir, çünki “ABŞ və Çin arasında çox yaxşı münasibətlər var”.

Filippin prezidenti, öz növbəsində Manila və Vaşinqtonu bir əsrdən artıqdır birləşdirən “güclü əlaqələri” bir daha təsdiqləyib. O, ABŞ-a minnətdarlığını bildirib və qeyd edib ki, Amerikanın nüfuzu filippinlilərin, o cümlədən məktəblilərin mədəni yaddaşında “ən güclü, ən yaxın və etibarlı müttəfiq” obrazı kimi dərin kök salıb.

P.ƏMİRCANOV
XQ

Dünya