Avqustun 28-29-da Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Bu barədə Litvanın Müdafiə Nazirliyinə istinadən “İnterfaks.ru” məlumat yayıb.
“Əsas diqqət Ukraynaya hərbi dəstəyin artırılmasına və Avropanın müdafiə sənayesi ilə Ukrayna arasında əməkdaşlığa yönəldiləcək, - bəyanatda deyilir. - Görüşdə dövlətlərin müdafiə qabiliyyətinin artırılması və Aİ-nin müdafiə təşəbbüslərinin həyata keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Müdafiə nazirləri həm də Aİ-nin hərbi missiyalarını müzakirə edəcəklər”.
Sessiyaya NATO-nun baş katibi Mark Rutte və Ukraynanın müdafiə naziri Denis Şmıqal qatılacaqlar.
P.ƏMİRCANOV
XQ