Moskva hələlik Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşdən danışmağın mümkünlüyünü görmür. RF xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib ki, Kiyevdən Kremlin təkliflərinə cavab gəlməyib.
Nazir müavini xatırladıb ki, RF Prezidenti Vladimir Putin əvvəllər “(Ukrayna prezidenti Vladimir) Zelenski ilə təmaslar”la bağlı “hər şeyi tam şəkildə” izah edib. Onun sözlərinə görə, “bizim bu siqnallarımıza sağlam, ayıq, ağlabatan reaksiya yoxdursa”, Rusiya tərəfinin “bir növ üçtərəfli formatdan danışmağa əsası yoxdur”.
ABŞ Prezidenti Donald Tramp bazar günü Rusiya, ABŞ və Ukrayna arasında sammitin “nisbətən tezliklə” baş tutacağını bildirib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi deyib ki, Vladimir Putin və Vladimir Zelenski arasında hazırlıqsız görüş “tamamilə faydasız olacaq”.
P.Əmircanov
XQ