Ədliyyə Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

post-img

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib. XQ xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov və nazirlik əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülərək xatirəsi hörmətlə anılıb.

Daha sonra nazirliyin inzibati binasında Ümummilli Liderin büstü önünə güllər qoyulub, onun dövlətçilik ideyaları və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri bir daha ehtiramla yad edilib.

 

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 







Sosial həyat