Türkiyə Prezidenti və Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirələr aparıblar

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya Kanskeri Fridrix Mertslə Rusiya-Ukrayna müharibəsini  müzakirə ediblər.

XQ Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatında bildiriblər.

"Biz müharibənin ədalətli və qalıcı həlli yolunda diplomatik səylərimizin davam etdirilməsinin əhəmiyyətini qeyd etdik", - R.T.Ərdoğan deyib. O, həçinin Almaniyanın Suriya məsələsində Türkiyə ilə koordinasiyalı şəkildə işləməyə hazır olduğunu da vurğulayıb.

N.Adilqızı
XQ

 

Dünya