Abşeronda külək, bölgələrdə yağış, duman və külək...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 13-16°, gündüz 19-23° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçə­cək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir ya­ğıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə ara­bir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 23-28°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya