“Elmi əsərlər”  jurnalının növbəti sayı nəşr olunub

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı işıq üzü görüb. Jurnal “Tarix”, “Arxeologiya və etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat və folklor”, “İncəsənət” və “Kitablar” kimi bölmələrdən ibarətdir.

“Elmi əsərlər”  jurnalının yeni sayında 43 müəllifin “1831-ci il kameral siyahısı Əlincəçay mahalı haqqında”, “Səfəvilər dövründə baş vermiş Osmanlı-Səfəvi müharibələrinin Naxçıvan bölgəsi əhalisinin demoqrafik vəziyyətinə təsiri”, “Bülövqaya yaşayış yerinin keramika məmulatı”, “Naxçıvan diyarının orta əsrlər dövrü maddi mədəniyyətinə aid yeni arxeoloji tapıntılar”, “Mil düzü və Qarabağın arxeoloji abidələrində basmanaxışlı keramika”, ”Şirli qabların hazırlanma texnologiyası”, “Naxçıvan şivələrində səs düşümü hadisəsi fonetik sistemin inkişaf qanunları kontekstində”, “Naxçıvan ərazisindəki prototürk tayfa adlarının yaranmasında qədim türk leksik vahidləri”, “Naxçıvan şivələrində işlənən məişət leksikasına bir baxış”, “Culfa şivələrində sadə feillər”, “Azərbaycan mətnşünaslıq elminin inkişafında Naxçıvan əlyazmalarının rolu”, “Əcəmi Əbubəkr oğlu Naxçıvani memarlığında bəzi ornamentlərin türk mifologiyası ilə bağlılığı”,  “Naxçıvan poeziyasında milli və bəşəri motivlər” və s. kimi araşdırmalarının nəticələri öz əksini tapıb. Jurnalda yer alan məqalələrin hər biri DOI identifikatoruna sahibdir. 

Qeyd edək ki, jurnal AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin rəhbərliyi ilə “Elm” nəşriyyatında çap olunub.

Səbuhi HƏSƏNOV
XQ

Elm