Aprelin 20-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini martın 18-dək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat aprelin 5-dən 10-dək veriləcək.
Elmi konfransda mətnşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya və mədəniyyətşünaslıq bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

