“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (II kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.9-cu bənddə “fəaliyyətinin təşkilati” sözləri “maliyyə və digər maddi-texniki” sözləri ilə əvəz edilsin;
1.2. 9.20-ci, 9.21-ci və 10.10–10.14-cü bəndlər ləğv edilsin;
1.3. 16.4-cü bənddən “, habelə müvafiq məhkəmə aparatlarının” sözləri çıxarılsın və həmin bəndə “təsdiq edir” sözlərindən sonra “, habelə müvafiq məhkəmə aparatlarının xərclər smetasını müəyyən edir” sözləri əlavə edilsin.
2. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.4.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.5-ci bənd əlavə edilsin:
“5.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:
5.5.1. “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması üçün tədbirlər görsün;
5.5.2. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün.”;
2.2. 7.5-ci bənd ləğv edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Cild I) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na aşağıdakı məzmunda 2.1.8-2-ci yarımbənd əlavə edilsin:
“2.1.8-2. Məhkəmə-Hüquq Şurası;”.
4. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissəyə “Ali Məhkəməsinə” sözlərindən sonra “və Məhkəmə-Hüquq Şurasına” sözləri əlavə edilsin və həmin hissədən “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın” sözləri çıxarılsın;
4.2. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Elektron məhkəmə” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.”;
4.3. həmin Fərmanla təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” üzrə:
4.3.1. 1.4-cü bənddə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin” sözləri “Məhkəmə-Hüquq Şurasının” sözləri ilə əvəz edilsin;
4.3.2. 2.1.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1468 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.3-cü bənd ləğv edilsin;
5.2. aşağıdakı məzmunda on birinci hissə əlavə edilsin:
Məhkəmə-Hüquq Şurası üzrə
11.1. “Elektron məhkəmə” informasiya sistemi
6. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 156 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2025-ci il