Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.
P.ƏMİRCANOV
XQ