Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri mayın 10-da Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
XQ xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, onun Azərbaycan dövlətçiliyi və xalqın rifahı naminə göstərdiyi misilsiz xidmətlər minnətdarlıq hissi ilə xatırlanıb. Ziyarət zamanı Heydər Əliyevin ruhuna dualar oxunub, Uca Allahdan rəhmət dilənib.
Din xadimləri daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər. Onun Azərbaycan elminin inkişafına verdiyi töhfələr vurğulanıb, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, ruhuna dualar oxunub.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

