Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanılıb

post-img

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb. 

Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə