Avropa çempionatında güləşçilərimizin böyük uğuru

post-img

İspaniyanın Santyaqo de Kompostela şəhərində U-20 Avropa çempionatında yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz tarixi uğura imza atıblar.

Yunan-Roma güləşi üzrə yığmamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal qa­zanaraq 144 xalla komanda hesabında Avropa çempionu olub. Güləşçilərimiz­dən Elmir Əliyevlə (55 kq) Ruslan Nu­rullayev (72 kq) qızıl, Davud Məmmə­dov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bü­rünc medal qazanıblar.

Sərbəst güləş üzrə yığmamız isə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qa­zanaraq yekunda 143 xalla komanda hesabında birinci yeri tutub. Belə ki, Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempio­nu olub. Yusif Dursunov (125 kq) ikinci, Cavidan Əhmədov (70 kq), Sadiq Mus­tafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə üçüncü yeri tutublar. 

Bu göstəricilər həm sərbəst, həm də yunan-Roma yığmalarımızın U-20 Av­ropa çempionatlarında topladıqları ən yüksək xaldır.

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman