№ 203 Bakı şəhəri, 8 iyul 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 iyun tarixli 427 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci iI 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326, (II kitab), maddə 1428; 2025, № 3 maddələr 273, 294) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 1-ci hissəsinə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“1-9/ Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri