Atletimizin yeni rekordu

post-img

Azərbaycan atletika komandasının üzvü Yekaterina Sarıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən XXXII Qosanov Memorialında üç təkanla tullanma üzrə yarışda uğurla çıxış edib. 

13.89 metr göstərici ilə bütün rəqib­lərini qabaqlayaraq birinci yeri tutan təmsilçimiz bu nəticə ilə, həm də üç təkanla tullanma növü üzrə özünə məxsus olan Azərbaycan rekordunu da təzələyib. Y.Sarıyeva göstəricisini 1 santimetr yaxşılaşdırıb. 

Komandamızın digər üzvü Anna Skidan Estoniyanın Pyarnu şəhərində keçirilən yarışda qalib adını qazanıb. İdmançımız çəkicatma üzrə 71.86 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman