Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko akademik avarçəkmə üzrə nüfuzlu “Henli Kral Reqatası”nın qızıl medalını qazanıb.
Böyük Britaniyada təşkil edilən və Olimpiya sistemi üzrə keçirilən yarışda idmançımız öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticə əldə edib.
Finalda Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olan idmançımız yürüş məsafəsini 8 dəqiqə 58 saniyəyə qət edən təmsilçimiz yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.
Leyla SABİRQIZI, “Xalq qəzeti”