Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Galaxy Cup” turniri başa çatıb.
Azərbaycan ilk dəfə olaraq həmin yarışda təmsil olunub. Nüfuzlu yarışda “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi iştirak edib.
Komandamız 6 kollektiv arasında üçüncü yerin sahibi olub. Qapıçı İlkin Qəmbərov isə komandanın ən yaxşı oyunçusu adına layiq görülüb.
L.AZAD
XQ