Krakovda 17 medal

post-img

Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə Azərbaycan millisi 17 medal qazanıb.

Batut gimnastikasında Fərhad Mustafayev, Samirə Hüseynova, Şəfiqə Hümbətova qızıl medal qazanıblar. Ammar Baxşalıyev qızıl və bürünc, Nikita Koleşnikovla Fərhad Vəliyev isə gümüş və bürünc medala yiyələniblər. Komandamızın digər üzvləri Muhammed Həsənli 2-ci, Ayan Şabanova və Aylin Ağazadə 3-cü yerləri tutublar.

Tamblinqdə isə Sənan Rzazadə, Tofiq Əliyev qızıl, Aleksey Karataşov, Mehdi Əliyev gümüş, Adil Hacızadə bürünc medal əldə ediblər.

L.AZAD
XQ

İdman