Dünən axşam Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə cavab matçına çıxıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü italiyalı referi Andre Kolombo idarə edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edən Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsinə vəsiqə qazanıb..
M.HACIXANLI
XQ