Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Baku Steel Company” QSC-nin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.
Şirkətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra BSC-nin kollektivi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri qoyub.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

