Türkiyədə Heydər Əliyevin xatirəsi anılıb

post-img

Anadan olmasının 103-cü ildönümündə Ümummilli Lider Heydər Əliyevin xatirəs Türkiyədə anılıb.

XQ xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfirliyin əməkdaşları, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və SOCAR-ın Türkiyə nümayəndəliyinin kollektivi ilə birlikdə Ulu Öndərin Ankaradakı abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.

 

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Siyasət