“Roma” Yamayka millisinin futbolçusunu transfer edib

post-img

İtaliyanın “Roma” komandası heyətinə yeni futbolçu cəlb edib.

Paytaxt təmsilçisi İngiltərə təmsilçisi "Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Leon Beylini icarəyə götürüb.

Yamayka millisinin də formasını geyinən 28 yaşlı vinger qarşıdakı mövsümü “Roma”da keçirəcək.

Qeyd edək ki, Leon Beyli “Aston Villa”ya 2021-ci ildə Almaniyanın “Bayer” klubundan transfer olunmuşdu.

İdman