GAİM gimnastları Tbilisidəki festivalda uğurla çıxış edib

post-img

Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) gimnastları Gürcüstan Gimnastika Federasiyasının təşkil etdiyi “Tbilisi Gimnastikası” açıq festivalında uğurla çıxış ediblər.

XQ xəbər verir ki, festivalın məqsədi gimnastika idman növünün inkişafı, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, gənc idmançıların motivasiyasının artırılması və onların peşəkar səviyyəsinin yüksəldilməsi olub. 

GAİM-in gimnastları yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək uğurlu nəticələr göstərib, medal və diplomlara layiq görülüblər.









İdman