Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan təmsilçilərindən Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl, Niyaz Məlikov - İvan Vorobyanski cütü isə gümüş medal qazanıb.
XQ xəbər verir ki, onlar 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə fərqləniblər.
Bununla da Azərbaycan avarçəkənlərinin reqatada əldə etdikləri medalların sayı 7-yə çatıb.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

