Azərbaycan üzgüçüsü gümüş medal qazanıb

post-img

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.

XQ xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışların dördüncü günündə təmsilçimiz Süleyman İsmayılzadə 800 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman