İranın Azərbaycan Respublikası ərazisində Naxçıvan hava limanına qarşı dron hücumunu ən sərt şəkildə pisləyirəm.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli məsələ ilə bağlı açıqlamasında bildirib.
Hücum nəticəsində iki nəfərin yaralandığını və mülki infrastruktura ziyan dəydiyini qeyd edən İtaliya rəsmisi deyib: “Bu çox ciddi hadisəyə görə Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəy olduğumu bildirirəm. Mülki infrastrukturu hədəfə almaq qəbuledilməzdir, məsuliyyətsiz və cinayətkar bir hərəkətdir. Bu, İranın son günlərdə Körfəzdə və regionda həyata keçirdiyi terror hücumları seriyasına əlavə olaraq, beynəlxalq hüququn hər bir qaydasına məhəl qoymadan infrastruktura və mülki əhaliyə qarşı qəsdən raket və dronlar atmasıdır”.

