Fransa – Azərbaycan oyununu norveçli hakimlər idarə edəcəklər

post-img

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa – Azərbaycan oyununu norveçli hakim idarə edəcək. Baş hakim Rohit Saqqi bununla ikinci dəfə yığmamızın oyununda ədaləti qoruyacaq. Qeyd edək ki o, 2024-cü ildə komandanın UEFA Millətlər Liqasında Slovakiya ilə Bakıda keçirilən görüşündə oyunu idarə edib.

Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək. VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Xatırladaq ki, Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

Y.QABİL
XQ

İdman