XI turun ilk oyunları

post-img

Dünən Misli Premyer Liqasında XI tura start verilib. İlk oyun günündə “Şamaxı” “İmişli”ni qəbul edib. Şamaxı şəhər stadionunda keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Şamaxı” 8-ci pilləyə yüksəlib. Qonaqlar 12 xalla 9-cu mövqedədir.

Günün ikinci görüşündə “Qəbələ” öz meydanında “Sumqayıt”la üz-üzə gəlib. Oyun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qolları 55-ci dəqiqədə Rüstəm Əhmədzadə və 82-ci dəqiqədə Alexandre Ramalingom vurublar. Bu qələbədən sonra “Sumqayıt” 20 xalla 3-cü pilləyə yüksəlib. “Qəbələ” isə 5 xalla 10-cu yerdə qərarlaşıb.

Turun digər oyunları noyabrın 8-9-da keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman