3x3 basketbol millimiz İslam Oyunlarının yarımfinalında

post-img

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında üçüncü qələbəsini qazanıb. Dünən qrupda sonuncu oyununu keçirən basketbolçularımız, Kot-d’İvuar üzərində 21:14 hesablı qələbə qazanaraq A qrupunun lideri kimi yarımfinala yüksəlib. Qadınlardan ibarət millimiz ilk qrup oyununda ev sahibi Səudiyyə Ərəbistanına 21:8, ikinci oyununda isə Türkiyə yığmasına 19:11 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, yarımfinaldakı rəqibimiz B qrupunu ikinci pillədə tamamlayan kollektiv olacaq.

XQ

İdman