Qadın futbol millimiz FIFA turnirinin qalibi olub

post-img

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyununu keçirib.

Millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşıb. Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk matçda Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü nəticədən sonra 6 xalla turnirin qalibi olub.

Qabil YUSİFOĞLU
XQ

İdman