Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının dekabr ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Cədvələ əsasən ilk 10-luqda aşağıdakı idmançılar yer alıb: Həsrət Cəfərov (yunan-Roma güləşi) 480 xal, Giorgi Meşvildişvili (sərbəst güləş) 460 xal, Zelim Kotsoyev (cüdo) 430 xal, Ülvü Qənizadə (yunan-Roma güləşi) 400 xal, Elcan Hacıyev (cüdo) 370 xal, Osman Nurmaqomedov (Sərbəst güləş) 340 xal, Arseniy Djioyev (sərbəst güləş) 340 xal, Zelim Tçkayev (cüdo) 330 xal, Murad Əhmədiyev (yunan-Roma güləşi) 330 xal, Eldəniz Əzizli (yunan-Roma güləşi) 320 xal.
Qabil YUSİFOĞLU
XQ

