Milli futbol kubokunun “dörddəbir” davamçıları

post-img

Dünən futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Son oyun günündə 3 qarşılaşma keçirilib. Günün ilk matçında “Qəbələ” öz meydanında I Liqa təmsilçisi “Şəfa”nı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan oyunda meydan sahibləri paytaxt təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

“Liv Bona Dea Arena”da keçirilən “Araz-Naxçıvan”– “Kəpəz” matçı qonaqların qələbəsi ilə yekunlaşıb–0:1. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan “Sumqayıt”– “Difai” görüşündə isə meydan sahibləri qonaqları mübarizədən kənarlaşdırıb–2:0.

Beləliklə, “Qəbələ”, “Kəpəz” və “Sumqayıt” növbəti mərhələ vəsiqəni təmin ediblər.

Qeyd edək ki, bundan əvvəl “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sabah” və “Qarabağ” da 1/4 finala vəsiqə qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

 

İdman