Sübhan Mamedov Dünya çempionatının finalında

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən boks üzrə Dünya çempionatı davam edir.

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) çempionatda növbəti qələbəsini qazanıb. O, mundialın yarımfinalında Sahil Alahverdovini (Gürcüstan) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş bu gün keçiriləcək.

Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatını bürünc medalla başa vurublar.

Qabil YUSİFOĞLU
XQ

İdman