Məhəmməd Salaha həftədə 2,5 milyon avro təklifi

post-img

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salaha Səudiyyə Ərəbistanının aparıcı klublarından biri rekord məbləğdə müqavilə təklif edib. “The Telegraph” xəbər verir ki, adı açıqlanmayan Asiya klubu Salaha həftəlik 2,8 milyon avro maaş verməyə hazırdır. Bu məbləğ ildə təxminən 137 milyon avroya bərabərdir.

Təklif hələ ki, rəsmən təsdiqlənməsə də, ərəb klublarının misirli hücumçunu transfer etmək istəyinin davam etdiyi bildirilir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə qalır.

Qabil YUSİFOĞLU
XQ

İdman