UEFA Avropa Liqasının VI turu

post-img

UEFA Avropa Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib.

Türkiyənin “Fənərbağça” klubu səfərdə Norveç təmsilçisi “Brann”la qarşılaşıb. Oyun qardaş ölkə təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4. Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Betis” (İspaniya) 1:3, “Ferentsvaroş” (Macarıstan) – “Reyncers” (Şotlandiya) 2:1, “Yanq Boys” (İsveçrə) – “Lill” (Fransa) 1:0, “Midtyullann” (Danimarka) – “Genk” (Belçika) 1:0, “Ludoqorets” (Bolqarıstan) – PAOK (Yunanıstan) 3:3, “Şturm” (Avstriya) – “Srvena Zvezda” (Serbiya) 0:1, “Nitsa” (Fransa) – “Braqa” (Portuqaliya) 0:1, “Ştutqart” (Almaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) 4:1, “Utrext” (Niderland) – “Nottinqem Forest” (İngiltərə) 1:2, “Portu” (Portuqaliya) – “Malmö” (İsveç) 2:1, “Lion” (Fransa) – “Qo Ehed İqlz” (Niderland) 2:1, “Seltik” (Şotlandiya) – “Roma” (İtaliya) 0:3, “Bazel” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 1:2, “Frayburq” (Almaniya) – “Zaltsburq” (Avstriya) 1:0, FCSB (Rumıniya) – “Feyenoord” (Niderland) 4:3, “Selta” (İspaniya) – “Bolonya” (İtaliya) 1:2, “Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Çexiya) 0:0.

6 oyundan sonra turnir cədvəlinə 15 xalla “Lion”, “Midtyullann” və “Aston Villa” komandaları başçılıq edirlər. 4–5 və 6-cı mövqedə yer alan “Betis”, “Frayburq” və “Ferentsvaroş”un 14 xalı var. “Fənərbağça” klubu 11 xalla 12-ci pillədə qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ

İdman