Misli Premyer Liqasının XV turunda

post-img

Dünən Misli Premyer Liqasının XV turu çərçivəsində “Qarabağ” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. “Azərsun Arena”da baş tutan qarşılaşma ağdamlıların böyük hesablı qələbəsi ilə başa çatıb– 5:1.

Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5–penalti), Nəriman Axundzadə (41), Joni Montiel (57– penalti) və Leandro Andrade (72) fərqləniblər.

Naxçıvan komandasında isə Ramon Maçado (76 – penalti) rəqib qapısına yol tapıb.

Bu oyundan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Araz-Naxçıvan” 23 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” isə “Qəbələ”ni (1:0) məğlub edib.

Tura bu gün yekun vurulacaq. “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”la üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək. “İmişli” turnir cədvəlində 15 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.

Turun son matçında “Neftçi” “Palms Sports Arena”da “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. “Neftçi” 16 xalla turnir cədvəlinin 8-ci pilləsində, “Sumqayıt” isə 26 xalla dördüncü yerdə qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ



İdman