“İmişli”– “Karvan-Yevlax” –1:1

post-img

Bu gün futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulacaq. Günün ilk qarşılaşmasında “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edib. Görüşün 29-cu dəqiqəsində Dieqo Almeyda meydan sahiblərini irəli çıxarıb–1:0. Bundan 10 dəqiqə sonra–39-cu dəqiqədə yevlaxlılar Vadim Abdullayev vurduğu qol sayəsində hesaba tarazlıq gətirib–1:1. Qalan vaxt ərzində hesab dəyişməyib. 

Hazırda İmişli təmsilçisi 16 xalla turnir cədvəlində 9-cu pillədə, yevlax klubu isə 6 xalla sonuncu – 12-ci sırada yer alıb.

Qabil YUSİFOĞLU
XQ

 

İdman