Misli Premyer Liqasında XV tur

post-img

Dünən futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulub. Günün ilk qarşılaşmasında “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edib.

Görüşün 29-cu dəqiqəsində Dieqo Almeyda meydan sahiblərini irəli çıxarıb – 1:0. Bundan 10 dəqiqə sonra – 39-cu dəqiqədə yevlaxlılar Vadim Abdullayevin vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər – 1:1. Qalan vaxt ərzində hesab dəyişməyib. Bu oyundan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” 31 xalla 2-ci, “Zirə” və “Sumqayıt” 27 xalla 3-4-cü yerləri bölüşür. Sonuncu yerləri isə “Kəpəz” 9 xalla 10-cu, “Qəbələ” 8 xalla 11-ci, “Karvan-Yevlax” isə 6 xalla 12-ci pillədə qərarlaşıb.

Turun son matçında “Neftçi” “Palms Sports Arena”da “Sumqayıt”ı qəbul edib. Oyun 2: 2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” “Qəbələ”ni (1:0), Qarabağ” “Araz-Naxçıvan”ı (5:1) hesabı ilə məğlub edib.

Qabil YUSİFOĞLU
XQ

 

İdman