FIFA-nın Dohada qadın futbolu müzakirəsi

post-img

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Qətərin paytaxtı Dohada keçirilən plenar iclasa qatılıb.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, ilk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.

Mərasimdə qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.

Qabil YUSİFOĞLU
XQ

İdman