“Qarabağ” “Sabah”la oynayacaq

post-img

Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

“Bank Respublika Arena”da keçiriləcək matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor vəzifəsini Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” oyunu bu gün, saat 19:30-da başlayacaq. XV turdan sonra turnir cədvəlinə 14 oyundan 33 xal toplayan Ağdam təmsilçisi başçılıq edir. Paytaxt təmsilçisi isə 31 xalla 2-ci pillədə yer alıb.

Qabil YUSİFOĞLU
XQ

İdman