Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Bakı Ali Neft Məktəbində yerləşən “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında dövlət qurumlarının əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimləri başa çatıb.
XQ xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşlarını əhatə edib.
İki həftə davam edən təlimlər çərçivəsində iştirakçıların sahə üzrə bilik və bacarıqları inkişaf etdirilib.
Qeyd edək ki, təlimlər “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na uyğun olaraq təşkil edilir və praktik bacarıqlara əsaslanan kadr hazırlığı modelinin tətbiqini nəzərdə tutur.

