“Aztelekom” çağrı xidmətlərini vahid “170” Çağrı mərkəzində birləşdirir

post-img

“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi  səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq. 

Belə ki, “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.

Məlumat üçün bildirək ki, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Sosial həyat