“Tarixdən əvvəlki Azərbaycan"

post-img

“Archeology Azerbaijan”ın təşkilatçılığı və Etnoqrafik Tədqiqatlara Dəstək İB-nin dəstəyi ilə fevralın 22-də “Tarixdən əvvəlki Azərbaycan” mövzusunda tədbir keçirilib. 

Mərasimin qonağı AMEA Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent, arxeoloq Azad Zeynalov olub.

Görüş zamanı Azərbaycanın tarixdən əvvəlki dövrlərinə dair arxeoloji tədqiqatlar, qədim insan məskənləri, maddi-mədəniyyət nümunələri və aparılan elmi araşdırmaların nəticələri barədə geniş təqdimat edilib. Məruzəçi ibtidai icma quruluşunun xüsusiyyətləri, ilkin əmək alətləri və regionun qədim mədəniyyətlərinin formalaşması haqqında ətraflı məlumat verib.

Tədbirdə arxeologiyaya həvəsi olan gənclər, universitet tələbələri, o cümlədən Qərbi Kaspi Universitetinin akademik heyəti və tələbələri iştirak edinlər.

Seminar interaktiv formatda təşkil olunub, iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər. 

Sonda gələcəkdə bu kimi elmi-maarifləndirici görüşlərin davamlı təşkili və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



Sosial həyat