Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli və 30 dekabr tarixli 332-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 36-cı maddənin 1-ci hissəsi üzrə:

1.1. “b” bəndində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.2. “c” bəndində “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2. 155-ci maddənin 6-cı hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılır.”.

3. 261-ci maddənin 3-cü hissəsində “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2026-cı il

Qanunlar