“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639, № 12 (II kitab), maddələr 1332, 1350; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322, № 7, maddə 608; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 327-VIIQD nömrəli Qanunu) 10-cu maddəsinin doqquzuncu hissəsinə “isə” sözündən sonra “ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində” sözləri əlavə edilsin.
Maddə 2. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 656 (Cild I); 2024, № 6 (I kitab), maddə 631) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.4-cü maddəyə “isə” sözündən sonra “ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində” sözləri əlavə edilsin;
2.2. 5-ci maddə üzrə:
2.2.1. 5.0.3-cü maddəyə “müəssisələrinin,” sözündən sonra “dövlət” sözü əlavə edilsin;
2.2.2. 5.0.6-cı maddəyə “müalicə-diaqnostika” sözündən əvvəl “dövlət tibb müəssisələrində” sözləri əlavə edilsin;
2.3. 6-cı maddə üzrə:
2.3.1. 6.3-cü maddədə “müalicə-diaqnostika yardımı” sözləri “onkoloji yardım” sözləri ilə əvəz edilsin və həmin maddəyə “müəssisələrdə” sözündən sonra “, habelə onların fərdi müraciəti əsasında bu Qanunun 11.1-ci maddəsində qeyd olunan özəl tibb müəssisələrində” sözləri əlavə olunsun;
2.3.2. 6.7-ci və 6.8-ci maddələrə “Onkoloji” sözündən sonra “yardım göstərən dövlət tibb müəssisələrində onkoloji” sözləri əlavə edilsin;
2.4. 8.0.5-ci maddəyə “siyahısı” sözündən əvvəl “dövlət tibb müəssisələrində müalicə olunduqda” sözləri əlavə edilsin;
2.5. 11-ci maddə üzrə:
2.5.1. adından “hüquqi və fiziki” sözləri çıxarılsın;
2.5.2. 11.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“11.1. Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçirilir.”;
2.6. aşağıdakı məzmunda 12.1-1-ci maddə əlavə edilsin:
“12.1-1. Onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2026-cı il

