Avtomobillərin istehsalında artım qeydə alınıb

post-img

Bu ilin yanvar ayında ölkədə 402 ədəd minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 71,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, 2025-ci ilin dekabr ayına nisbətdə isə istehsal həcmində 31,1 faiz artım qeydə alınıb.

Bu ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 244 ədəd təşkil edib.

İqtisadiyyat